Interposta.Info

Jirinovski:

Siyasət
 2-12-2017, 16:22     10 507

Brüsseldə əgər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul edilsə, rus qoşunları Almaniya sərhədində dayanacaq.

Axar.az xəbər verir ki, bunu “Rossiya 1” telekanalında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Biz heç vaxt imkan verməyəcəyik ki, NATO bizim sərhədlərimizin yaxınlığında dayansın. Gürcüstanın da gələcəyi yoxdur. Postsovet məkanından heç bir dövlət NATO-ya buraxılmayacaq. Baltikyanı dövlətlər isə sadəcə səhv idi və bir daha bu səhv təkrarlanmayacaq. NATO-da bunun haqqında məlumatlıdırlar. Onlar əvvəlcədən deyirlər ki, Ukrayna hazır deyil, Gürcüstan hazır deyil. Ona görə ki, onlar bizdən qorxurlar. Çünki rus tankları Almaniya sərhədinə yaxınlaşsalar, iki saat bəs edəcək ki, Berlin, Vyana, Paris, London tutulsun. Onların özləri artıq Ukraynanı istəmirlər. Biz heç kimi təhdid etmirik, amma rusları hər yerdə qorumalıyıq. Buraya Dnestryanı da aiddir. Qarabağla qoy məşğul olsunlar. Orada azərbaycanlılarla ermənilərdir. Biz oraya girmirik. Biz deyirik ki, özünüz həll edin. Həm Azərbaycana, həm Ermənistana silah veririk. Mərkəzi Asiyada Fərqanəni həll edin. Lakin rusların olduğu torpağa - Ukraynaya heç vaxt imkan verməyəcəyik ki, NATO girsin”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26