Interposta.Info

Qarabağ savaşı bu qış başlaya bilər ­- Ukraynalı tarixçi

Siyasət
 29-11-2017, 16:15     10 384

Rusiya çalışır ki, Donbasdakı döyüşlərin intensivliyini aşağı salıb, status-kvonu qorusun. O bununla dünyanın bu konflikti işğal edilmiş Azərbaycan əraziləri kimi unutmasına çalışır.

Axar.az xəbər verir ki, bu sözlər ukraynalı tarixçi Sergey Klimovskinin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Ukrayna böhranı hazırda Moskvanı Suriya və Qarabağ konfliktlərindən daha az narahat edir:

“Rusiyanın 20 il əvvəl Qarabağda asdığı silah Rusiyadakı seçkinin nəticələrini gözləmədən – qışda atəş aça bilər. Azərbaycan ordusunun Ukraynadan fərqli olaraq buradan böyük şəhərlərə hücum etmək kimi dərdi yoxdur. Qarabağın əhalisi 150 mindən o qədər də çox deyil. Bakının aprel müharibəsinin yenidən yaşanması və bu mövzunun birdəfəlik həll edilməsinə böyük ümidi var. Lakin bir fakt da var ki, Sərkisyan və Ermənistan ordusu buna qarşı güclü müqavimət göstərəcək. 27 noyabrda belə informasiya yayıldı ki, Bakı Rusiyanın yeni səfiri Georgi Zuyevi erməniyönlü mövqeyinə görə qəbul etməkdən imtina edib. Bu diplomatik münasibətlərin pozulması yox, sadəcə “Bakı gözləməkdən yorulub” mənasına açıq işarədir. Moskvanın Qarabağda konfliktinin uzadılması strategiyası artıq işləmir, amma bu, Ukraynada hələ də effektivdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26