Köçəryan: Azərbaycanın Türkiyəsi var, Ermənistanın…

Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir.
Virtualaz.org-un xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycanı silahlandırması mövzusunu şərh edərkən “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan deyib.
“Türkiyə hələ çoxdan bəyan edib ki, onlar bir millət, iki dövlətdir. Bu mənada hər hansı dövlətin Ermənistanla belə yaxın olacağını gözləmək şişirtmə olardı”, - deyən Şavarş Köçəryan etiraf edib ki, Azərbaycanın Türkiyəsi olduğu kimi, Ermənistanın bu cür müttəfiqi yoxdur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26