Interposta.Info

Putin: "İlham Əliyevlə görüşməsəm problem ola bilər" - Video

Siyasət
 22-07-2017, 18:49     4 870

Rusiya prezidenti Vladimir Putun NTV telekanalının canlı yayımında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə vaxtında görüşə getməsə problem ola bilər.

Baku.vs xəbər verir ki, V.Putin Soçinin təhsil mərkəzi "Sirius”a gələrək uşaqların və sosial şəbəkədən ünvanlanan sualları cavablandırıb. "Uşaq söhbəti deyil” adlı verlişin aparıcısı azərbaycanlı jurnalist İradə Zeynalova olub.

Prezidentə 70-dən çox istənilən mövzuda və hətta şəxsi suallar da ünvanlanıb. O, uşaq vaxtı arzusundan və məqsədindən danışıb. Lakin Putinə suallar vermək istəyənlərin sayı həddindən artıq çox olub.

Prezident isə vaxtın az olduğunu bildirərək saatına baxıb və 1 saatdan sonra Azarbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini deyib.

"1 saatdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsəm problem ola bilər”, - deyə Putin görüşə tələsdiyinə eyham burub.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26