Interposta.Info

“Rusiya Azərbaycana külli miqdarda silah satır, lakin müharibəyə imkan vermir”

Siyasət
 19-07-2017, 20:09     956

Son günlər Rusiyanın Türkiyəyə S-400 raketləri satması ilə bağlı informasiyalar dolaşmaqdadır. Məlumata görə, Türkiyə bu raketləri Ermənistanla sərhəddə yerləşdirəcək.

Maraqlıdır, Türkiyə ilə bağlı yayılan bu məlumat Rusiyanın Ermənistan faktorundan silah satışı baxımından kifayət qədər uğurla istifadə etdiyini göstərmirmi?

interposta.info
xəbər verir ki, Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri Rusiyanın bu prosesdən qazanclı çıxdığının inkaredilməz olduğunu vurğuladı:

“Regionda yaranan gərgin vəziyyətdən məharətlə istifadə edən Rusiya bu prosesdə manipulyasiya edir. Bu gərgin prosesin içərisində NATO-Türkiyə qarşıdurması çərçivəsində regionadakı gərginlikdən istifadə edərək Türkiyəyə öz S-400 raketlərini satmaq istəyir, digər tərəfdən Qarabağ cəbhəsində gərgin vəziyyət yaratmaqla danışıqlar prosesini Ermənistan vasitəsi ilə sabotaj etməklə Azərbaycana külli miqdarda sailah satır. Habelə, Azərbaycanın maharibə yolu ilə işğaldakı torpaqlarını azad etməsinə maneçilik törədir. Yəni həm savaş aprmağa imkan vermir, həm də Ermənistana silah verməklə Azərbaycanı qızışdırır. Azərbaycana çoxlu miqdarda silah satır. Azərbaycanın çoxlu sayda silah-sursatın yığışmasına baxmayaraq, ölkəmizə savaş aparmağa imkan vermir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26