Interposta.Info

Millət vəkili:

Siyasət
 13-06-2017, 07:26     707

Bu gün Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərilə ölkəmizdə səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş bardə məlumat verən millət vəkili Qənirə Paşayeva avropalı siyasilərlə maraqlı fikir mübadiləsi aparıldığını vurğulayıb.

“Müzakirələr zamanı ermənilərin qeyri-qanuni olaraq girov saxladıqları, əziyyət verdikləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırdım və onların ailələrinin, AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlara çağırışını səsləndirdim. Bildirdim ki, o ailələr bizimlə görüşündə, müraciətlərində AŞPA-dan, o cümlədən Dağlıq Qarabağ üzrə alt komitənin rəhbəri kimi cənab Şennak da daxil olmaqla, qrupdan Dilqəm Əgərov və Şahbaz Quliyevin azadlığı istiqamətində səyləri daha da artırmalarını gözləyir və bunu hər zaman sizin diqqətinizə çatdırmamızı istəyirlər. Qeyri-qanuni girov saxlanılan bu insanların vəziyyəti getdikcə daha da ağırlaşır və onların azad olunması üçün cənab Şennak və AŞPA qurumlarının səylərinin daha da artmasına ciddi ehtiyac var.

Cənab Şennak nümayəndə heyətinin bütün fikirləri kimi bu məsələni də diqqətlə dinlədi və diqqətdə saxlayacağını bildirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin və onların ailəsinin yaşadığı acıları hamımız bilirik və paylaşırıq. Dövlətimiz onların azad olunması üçün çox çalışır. Təəssüf ki, qarşımızda belə şərəfsiz bir düşmən var. Allah Dilqəm Əsgərov və Şahbaz Quliyevin və onların əziz ailələrinə yardımçı olsun və qısa zamanda hər iki qardaşımızı azadlıqda, evlərində ailələrinin yanında görə bilək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26