Rusiyadan Qarabağ açıqlaması:

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır. “O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”, - deyə M. Zaxarova vurğulayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26