Interposta.Info

Ermənilərdən daha bir uğursuz cəhd -

Siyasət
 24-04-2017, 20:20     511

Aprelin 24-27-də Dubayda keçirilən və dünyada ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.

Bu fakt Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən müəyyən olunub, dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilib və bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.

Axar.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.

Qeyd edilib ki, məsələ Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən nəzarətdə saxlanılır.

Azərbaycan sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə böyük stendlə təmsil olunur. Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkətləri iştirak edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26