Interposta.Info

Ermənistan ikinci müharibəyə sürüklənir -

Siyasət
 15-04-2017, 11:50     481

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov dünyanın yeni müharibəyə doğru getdiyini söyləyib.

İstipress.com bildirir ki, Sovet İttifaqının birinci və sonuncu prezidenti bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsi zamanı bildirib. Çağdaş dünyanın vəziyyətindən danışan Mixail Qorbaçov bildirib ki, dünyada soyuq müharibənin əlamətləri göz qabağındadır.

Keçmiş prezident vurğulayıb ki, iri dövlətlər arasında münasibətlər pisləşir, bu isə dünyanın müharibəyə hazırlaşması qənaətini doğurur: "Siyasətçilər və yüksək çinli hərbçilər daha döyüşkən nitqlər söyləyirlər, kütləvi informasiya vasitələri isə vəziyyəti daha da qızışdırırlar".

Qorbaçovun sözlərinə görə, bir sıra regionlarda artıq silahlanma yarışı gedir. O bildirib ki, NATO və Rusiyanın qoşunları bu yaxınlara kimi bir-biri ilə yerətli məsafədə yerləşmişdilər, indi isə onlar “burun-buruna” dayanıblar.

Təbii ki, Mixail Qorbaçov ilk növbədə Suriyanı nəzərdə tutur. NATO və Rusiya qoşunlarının “burun-buruna” dayandığı ikinci mövqe isə Ermənistan-Türkiyə sərhəddidir. Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri döyüşkən bəyanatlar verməyə başlayıblar.

Erməni politoloq İqor Muradyan “1in.am” saytına video-müsahibəsində tezliklə Ermənistan - NATO qarşıdurmasının qapçılmaz olacağını bildirmişdi. Onun fikrincə, bir müddətdən sonra Ermənistan da Suriya müharibəsinə cəlb ediləcək: “Ruslar Suriyada vuruşmağa məcburdurlar. İndiyə kimi orada 40 milyard dollar xərcləyiblər. Gün gələcək, Rusiya öz vassallarının da Suriyada vuruşmasını tələb edəcək. Ermənistanın da vuruşması məsələsi zamanla qaldırılacaq”.

Ermənistanın artıq mövcud olmadığını, Rusiyanın bir hissəsi olduğunu vurğulayan İqor Muradyan Qərbin nə vaxtsa bununla bağlı haqq-hesab çəkəcəyini bildirmişdi:

“Nə vaxtsa Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırılacaq ki, biz müstəqil dövlətikmi, biz Qərbin dostuyuqmu? NATO-nun və ABŞ-ın düşməniyikmi? Nəticəni buna görə çıxaracaqlar. Belə görünür ki, artıq gecdir”.

Onun fikrincə, Trampın prezident seçilməsindən sonra hakimiyyət ABŞ hərbçilərinin əlinə keçib və onlar Rusiyanı cilovlayacaqlar:

“Artıq Cənubi Qafqaz sözü işlətmirlər. Təklikdə o heç kimi maraqlandırmır. İndi Qara dəniz - Qafqaz bölgəsindən danışırlar. Bu, Rusiyanın qarşısını almaq elementidir. Baltik dənizindən Qara dənizə xətt çəkilir. Qafqazla birlikdə müdafiə zonası yaradılır. Amerikalılar yol verməzlər ki, ruslar bu xətdə bir addım belə irəliləsinlər ”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26