Interposta.Info

Petrosyanın partiyası:[b]Bizə Azərbaycanla sülh lazımdır[/b]

Siyasət
 17-03-2017, 07:28     490

Ermənistanın inkişafı bilavasitə Qarabağda sülhün bağlanması ilə əlaqədardır.

Bu sözləri martın 17-də jurnalistlərə Erməni Milli Konqresi (EMK) parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib.

Virtualaz.org xəbər verir ki, EMK-nin lideri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyandır. O ümid etdiyini bildirib ki, ermənilər seçkilərə tam ciddiyyətlə yanaşacaqlar.

L.Zurabyanın fikrincə, ölkə qarşısında dayanan əsas problem ölkəni inkişaf etməyə qoymayan Qarabağ münaqişəsidir. Zurabyanın fikrincə, Qarabağda status-kvonun saxlanılması və ölkənin sabit inkişafı bir arada mümkün deyil. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli Azərbaycanla yarışmaqdan çəkilmək üçün yeganə yoldur.

Madrid prinsiplərini sülh yolu ilə həllin əsası kimi gördüyünü deyən Zurabyan bildirib ki, Qarabağın öz müqəddəratını təyin etməsi və təhlükəsizliyi şübhə altına alınmır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26