Interposta.Info

Böyük müharibə mütləq baş verəcək -

Siyasət
 10-03-2017, 18:27     747

Böyük müharibə mütləq baş verəcək -

Cəbhədə atəşkəsin pozulması intensivliyi hər keçən gün artmaqdadır. Belə çıxır ki, bu mövqe döyüşüdür, iri ərazi dəyişiklikləri yoxdur.

interposta.info bildirir ki, bunu Şərq.az-a son günlər cəbhədə yaşanan gərginliyin daha da şiddətlənməsindən danışarkən millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, illərlə cəbhə xəttində Ermənistan və Azərbaycan bir-birinə atəş açası deyil:

"Böyük müharibə mütləq baş verəcək. Toqquşma qaçılmazdır. Təkcə kəşfiyyat məlumatları ilə deyil, hadisələrin ümumi ictimai müşahidəsi ilə bu qənaətə gəlmək mümkündür ki, real toqquşma baş verəcək. Dağlıq Qarabağın ümumi hissəsi 4,38 min kv.km olduğu halda, həmin 7 rayon ərazisi bundan 2 dəfə böyükdür. Ermənistan tərəfinin Qarabağətrafı rayonlara beynəlxalq arenada hər hansı tarixi, siyasi iddia etməyə əsası yoxdur. Nə desinlər? Cəbrayıl, Füzuli, Kəlbəcər adlarını necə erməniləşdirsinlər? Ancaq onu bufer zona, təhlükəsizlik qovşağı və s. kimi adlandırırlar. Mənə elə gəlir ki, Azərbaycan mühüm hissələrdən onlara zərbəni vuran kimi həmin təhlükəsizlik ərazisi daralacaq və bu Qarabağda konkret olaraq, Şuşada, Xankəndində öz nəticələrini verəcək”.

Son olaraq Z.Oruc əlavə edib ki, regional güc mərkəzlərinin, beynəlxalq dövlətlərin müdaxilə etmədiyi şərait yarana bilər:

"Bununla Şuşada, Xankəndində bir güllə atmadan, taktika və hərbi tədbirlər yerinə yetirilməklə Qarabağ savaşını uğurla başa vurmaq mümkün olar. Çünki ermənilərin canı və qüvvəsi konkret həmin ərazilərdədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26