Interposta.Info

“Bu səfərə görə İran Azərbaycana minnətdar olmalıdır” -

Siyasət
 7-03-2017, 10:38     510

“Bu səfərə görə İran Azərbaycana minnətdar olmalıdır” -


Arzu Nağıyev: “İranın Ermənistanla hər hansı bir əlaqəsi bizim strateji tərəfdaş olmağımıza təsir edən amil deyil”

“Bir çox dövlətlər tərəfindən təzyiq altında olan İrana Prezident İlham Əliyevin səfərə getməsi İran üçün əhəmiyyət kəsb edən bir məsələ idi”

Bu fikirləri PİA.AZ-a politoloq Arzu Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də baş tutan İran səfərinin detallarının dəyərləndirilməsi zamanı qeyd edib.

Xatırladaq ki, Martın 5-də prezident İlham Əliyevin İrana rəsmi səfəri baş tutub.Prezidenti hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb. İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanıb. Bildiyimiz kimi bu prezident İlham Əliyevin İrana 3-cü, ümumi isə prezidentlərin 8-ci görüşüdür. Lakin o da bir faktdır ki, Ermənistanı ayaqda tutan və Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün İranın Ermənistana verdiyi dəstək əsaslı rol oynayır və bu dəstək demək olar ki, Azərbaycanın Ermənistana qarşı və həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik səylərini faktiki olaraq zəiflədir. Son zamanlar isə İranla Ermənistan arasında siyasi-iqtisadi və hərbi əməkdaşlıq inkişaf edən xətt üzərində qurulub və hər iki ölkənin rəhbərlərinin təmasları intensivləşib. Hətta demək olar ki, bu əlaqələr sistemli xarakter alıb və demək olar ki, İran beynəlxalq arenada Ermənistanın əsas tərəfdaşı kimi çıxış edir.

İranın Ermənistana göstərdiyi davamlı siyasi-iqtisadi dəstək fonunda Azərbaycan Prezidenti İlham Əliyevin İranda baş tutan rəsmi səfərini necə dəyərləndirimək olar?

Arzu Nağıyev: “Ermənistanı hər hansı müstəvidə dəstəkləməsinə baxmayaraq, bugün Azərbaycanla İran çalışır ki, strateji tərəfdaş olsunlar”.

Politoloq belə hesab edir ki, indiki şəraitdə bu görüş İran tərəfi üçün əlverişli fürsət idi. Çünki bir çox dövlətlər tərəfindən təzyiq altında olan İrana Prezident İlham Əliyevin səfərə getməsi İran üçün əhəmiyyət kəsb edən bir məsələ idi və bu ölkənin imici baxımından yüksək dəyərləndilir. İranın Ermənistanla müəyyən səviyyədə olan münasibətləri Azərbaycanla strateji partnyor olmasına maneə olmur:

“Düşünürəm ki, bu İranın xarici siyasətidir. Onlar bəzi məqamlarda irad tuturlar ki, siz niyə kimlərləsə siyasi münasibətlər qurursuz. Ancaq indi elə bir vəziyyət alınıb ki, İran Azərbaycana bu səfərlə bağlı minnətdar olmalıdır. Çünki İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və ən əsası ABŞ tərəfindən İrana qarşı artan təzyiqlər şəaritində bu səfər İran üçün əldən verilməyəcək fürsət idi. Azərbaycan isə bu dövlətlətlərin hamısı ilə yüksək səviyyədə münasibətlər qurub. Bugün həmin məsələlərdən istifadə edərək Azərbaycan həmin dövlətlər arasında vasitəçi rolunu oynayır. Bunu da İran çox gözəl dərk edir.

Arzu Nağıyev: “İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və ən əsası ABŞ tərəfindən İrana qarşı artan təzyiqlər şəaritində bu səfər İran üçün əldən verilməyəcək fürsət idi”.

Eyni zamanda İranla Azərbaycan arasında siyasi,iqtisadi,həm də hərbi cəhətdən strateji əhəmiyyətli məsələlərə baxılıb. İqtisadi cəhətdən Şimal-Cənub dəhlizinin yaranması, maliyyə məslələrində bank sektorunda olan, terrorizmi dəstəkləyən maliyyə vəsaitlərinin axtarılması və tapılması istiqamətində olan müqavilələr təşkil edir. Hərbi cəhətdəndə məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nəyin bahasına olursa-olsun həll edilməsi bizim üçün vacib məsələdir. Eyni zamanda İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu baxımdan da bəyanatlarla çıxış etdi.

Yəni bütün bu məsələləri nəzərə alanda hiss olunur ki, Ermənistanı hər hansı müstəvidə dəstəkləməsinə və tərəfdaş olmasına baxmayaraq bugün Azərbaycanla İran çalışır ki, strateji tərəfdaş olsunlar. Eyni zamanda İran heç vaxt unuda bilməz ki, onun ərazisində çox milyonlu iranlı azərbaycan vətəndaşları və diasporası fəaliyyət göstərir. Buna görə də onun Ermənistanla hər hansı bir əlaqəsinin olması bizim strateji tərəfdaş olmağımıza təsir edən amil deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26