Interposta.Info

Ruslarla danışmışdım, Qarabağı azad edəcəkdim… -

Siyasət
 24-02-2017, 12:47     1 206

Ruslarla danışmışdım, Qarabağı azad edəcəkdim… -

Hamı bilirdi ki, mən rus hərbiçiləri ilə danışmışdım və martın 6-da Qarabağdan erməni yaraqlılarını təmizləyəcəkdim.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Musavat.com-a verdiyi geniş müsahibəsində deyib. Mütəllibov bildirib ki, bunu bilə-bilə onu hakimiyyətdən uzaqlaşdırıblar:

“Hakimiyyətdən getməyim ölkədə siyasi vəziyyəti daha da kəskinləşdirdi, Qarabağın itirilməsinə səbəb oldu”.

Qeyd edək ki, A.Mütəllibov 1992-ci il martın 5-də AXC-nin təzyiqi ilə prezident vəzifəsindən istefa vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26