Interposta.Info

Leyla Əliyeva

Siyasət
 18-02-2017, 18:07     678

Leyla Əliyeva

Fevralın 17-də 53-cü Münhen Təhlükəsizlik Konfransının açılış sessiyası olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münhen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

53-cü Münhen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.(AzərTac)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26