Interposta.Info

"Satqınlar

Siyasət
 14-02-2017, 14:09     634

"Satqınlar

2 aprel hadisələrindən sonra Ermənistan daxilində baş verənlər göz qarşısındadır. Ermənistanın cinayətkar rəhbərliyinin idarəçiliyi tamamilə itirməsi səbəbindən Azərbaycana qarşı təxribatlar törətməklə əhalini sakitləşdirmək istədiyini göstərir.

Musavat.com xəbər verir ki, bunu YAP-ın icra katibi, deputat Siyavuş Novruzov parlamentdəki çıxışı zamanı deyib.

Daha sonra o, Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşı Şahin Mirzəyevdən bəhs edib:

“Onun ailə üzvləri də buna kəskin şəkildə öz münasibətini bildirib. Mən xatırlayıram, bir neçə il öncə, prezident seçkiləri zamanı həmin şəxs Milli Şuranın böyük ruporlarından və onların namizədinin təbliğatçılarından biri idi. Görün Milli Şurada kimlər təmsil olunub və onları kimlər dəstəkləyib. Kimlərin satqın olduğu aydın görünür. Baxın, satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün Ermənistan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı bizim mübarizəmiz qətiyyətli olmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26