Interposta.Info

Əks halda

Siyasət
 7-02-2017, 07:34     853

Əks halda

Mən Çingizin nəşinin gec, ya tez, Azərbaycana qaytarılacağına əmin idim. Ermənistan hər nə qədər beynəlxalq qanunları heçə sayıb, şəhidimizi bizə verməkdən imtina etsə də, bizim gücümüz qarşısında duruş gətirə bilmədi.

interposta.info xəbər verir ki, bu sözləri bu gün şəhid Çingiz Qurbanovun vida mərasimində iştirak edən millət vəkili Elman Məmmədov Şərq.az-a açıqlamasında deyib.

“Dövlətimizin və ordumuzun gücü və Azərbaycanın israrla öz şəhidini geri istəməsi İrəvanı geri addım atmağa məcbur etdi. Əks halda Ermənistan aprel döyüşlərinin təkrarlanacağını və ordusunun yarısının qanına qəltan ediləcəyini çox yaxşı bilirdi. Mən bir millət vəkili olaraq, Çingiz Qurbanovun nəşinin qaytarılmasına nail olduğu üçün ölkə başçısına öz minnətdarlığımı bildirirəm. Biz bu uğura məhz cənab prezidentin şəxsi təşəbbüsü nəticəsində nail olduq. O, hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu bir daha sübut etmiş oldu”, - millət vəkili bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26