Interposta.Info

Ukraynalı siyasətçi:

Siyasət
 25-01-2017, 08:48     874

Ukraynalı siyasətçi:
Ukraynanın xalq deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA ) "Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə" hesabatın müəllifi Vladimir Aryev bildirib ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib.

"Report" xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb. "AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!", – deyə o qeyd edib. Siyasətçinin sözlərinə görə, dinləmələrin sakit axarını Ermənistan təmsilçiləri pozublar.

"Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır", – deyə Aryev bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26