Interposta.Info

“Qapalı dairənin içindəyik” -

Siyasət
 19-01-2017, 18:11     565

“Qapalı dairənin içindəyik” -

Politoloq: “Rusiyadan müasir silahlar alırıq, rəsmilərimiz bununla öyünür və ermənilərə hədə-qorxu gəlir. Sonra Rusiya Ermənistana bizə satdığı silahları zərərsizləşdirən sistemlər verir, hətta bəzən bizdə olmayan silahlardan da ötürür, pariteti təmin edir”

“Bu siyasət faydasız və zərərlidir. Qapalı dairədən bir an öncə çıxmaq zəruridir”.

interposta.info
xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli öz “facebook” səhifəsində yazıb.

Azərbaycanla Rusiya arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanmasını şərh edən politoloqun fikirlərini olduğu kimi təqdim edirik:

Şahin Cəfərli: “Problemi yaradan, həllinə imkan verməyən, işğalçını himayə edən dövlətə milyardlarla dollar pul ödəyir və ondan asılılığımızı gücləndiririk”.

“Qapalı dairənin içindəyik. Rusiyadan müasir silahlar alırıq, rəsmilərimiz bununla öyünür və ermənilərə hədə-qorxu gəlir. Sonra Rusiya Ermənistana bizə satdığı silahları zərərsizləşdirən sistemlər verir, hətta bəzən bizdə olmayan silahlardan da ötürür, pariteti təmin edir.

Sonra biz Rusiyadan daha müasir silahlar alıb, pariteti təkrar pozmaq istəyirik, Rusiya təbii ki, yox demir, amma əvəzində Ermənistanı əvvəlkindən daha güclü himayə etməyə başlayır. Beləcə, Rusiyanın klassik “dovşana qaç, tazıya tut” imperialist siyasətində iştirakçıya çevrilir, bununla da qalmayıb, problemi yaradan, həllinə imkan verməyən, işğalçını himayə edən dövlətə milyardlarla dollar pul ödəyir və ondan asılılığımızı gücləndiririk.

Üstəlik, hərbi ekspertlər deyir ki, Rusiya bizə verdiyi bəzi müasir hərbi sistemləri istədiyi vaxt yararsız hala gətirmək, “rubilnikdən söndürmək” imkanına malikdir.

Bu siyasət faydasız və zərərlidir. Qapalı dairədən bir an öncə çıxmaq zəruridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26