Interposta.Info

ABŞ dünyanı çökdürür:

Siyasət
 14-01-2017, 10:25     633

ABŞ dünyanı çökdürür:

FES 2016-cı ilin dekabrındakı artımdan əlavə, 2017-ci ildə uçot dərəcəsinə üç dəfə baxmağı proqnozlaşdırır və artım istiqamətində yeni qərarların qəbul edilməsi gözlənilir.

interposta.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspertin sözlərinə görə, başlıca məqsəd ilk növbədə Amerikaya kapital axınını cəlb etmək, ölkə iqtisadiyyatını stimullaşdırmaqdır.

“Ancaq bu cür siyasətin Amerika üçün mənfi tərəfləri var və ixracın stimullaşdırılmasına pis təsir edə bilər. Çünki bahalı dollarla istehsal edilən məhsullar dünya bazarında yer tapmaqda çətinlik çəkəcək. Hər halda Amerika Mərkəzi Bankı bu ilin I rübünün yekunlarına və makroiqtisadi göstəricilərinə uyğun olaraq müvafiq qərar qəbul edəcək. Bu il planlaşdırılan üç toplantıdan birində uçot dərəcəsinə yenidən baxıla bilər. Əgər gözləntilər özünü doğruldarsa, faiz dərəcələri qaldırılacaq və bu, dolların daha da bahalaşması ilə nəticələnəcək”.

Ekspertin fikrincə, ABŞ getdikcə Rusiya ilə artan qarşıdurma zəminində yaxın gələcəkdə neftin qiymətlərinin artmasına imkan verməyəcək:

“Bu istiqamətdə ABŞ son iki ildə məqsədyönlü şəkildə çox işlər apardı. Amerika bu siyasətini bu il də davam etdirəcək və çox güman ki, neft ixracının artırılmasına gedəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26