Interposta.Info

2017-ci il

Siyasət
 9-01-2017, 21:03     710

2017-ci il

"Eurasia Group" nəşr etdiyi hesabatında ABŞ, Çin və Avropada qeyri-müəyyənliklər səbəbindən 2017-nin ikinci dünya müharibəsindən bu yana ən dalğalı il ola biləcəyini qeyd edib.

interposta.info bildirir ki, dünyanın ən böyük siyasi məsləhət şirkəti “Eurasia Group”a görə, 2017-ci il Donald Trampın rəhbərlik edəcəyi ABŞ, yoluna eyni iqtisadi artım rəqəmləri ilə davam edən Çin və yeni ilə zəifləyən baş naziri ilə başlayan Almaniya üçün ikinci dünya müharibəsindən bu yana ən dalğalı il ola bilər.


"2017-də geosiyasi böhranın olduğu bir prosesə giririk" –deyə qeyd edən şirkət hesabatında "beynəlxalq müharibə və ya iri dövlət müəssisələrinin iflası düşünülə bilər" ifadələrinə yer verib.

“Eurasia”nın hesabatına görə, Trampın Rusiya ilə "buzları" əridəcəyi siqnalları verməsi, NATO-ya şübhə ilə yanaşması və Avropada yüksələn sağ ilə yaxınlığı, ikinci dünya müharibəsindən sonra yaranmış qlobal sistemi zəiflədir.

“Eurasia Group” Almaniya, Fransa, Niderlanddakı seçkiləri, Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesinin başlayacağını və ABŞ-da güc nisbətlərinin dəyişməsinin inkişaf edən iqtisadiyyatlarda yaratdığı təzyiqi və Avropadakı qaçqın böhranını 2017-nin sabitliyinə yönələn başlıca təhdidlər arasında görür.

Hesabata görə, hakimiyyəti dəyişməyə hazırlaşan Çinin dövlət başçısı Jinping ABŞ-ın Çin siyasətinin dəyişməsinə sərt cavab verə bilər. O, milli sabitliyi təmin etmək üçün hər hansı bir iqtisadi problemə də həddən artıq reaksiya verə bilər.

AB-Türkiyə arasında imzalanan, ancaq həyata keçməyən qaçqın müqaviləsi, Yunanıstanın borc böhranı və Brexit-dən sonrakı atmosferlə üzbəüz olan Almaniyanın baş naziri Angela Merkel, payızda seçki yarışına girəcək. Merkelin ardıcıl dördüncü dövrdə də qələbə qazanacağını nəzərdə tutan “Eurasia”yaya görə, Fransada apreldə baş tutacaq seçkilərdə ifrat sağçı Milli Cəbhənin qalib çıxması ehtimalı böyükdür.

“Bloomberg” televiziyasına danışan Nyu-York Universitetinin iqtisadiyyat üzrə professoru Nouriel Roubini, Milli Cəbhə lideri Marina Le Penin Fransada prezident seçkisindən qalib çıxmasının Avropa üçün ən böyük risk olduğunu deyib: "Əgər Le Pen vəzifəyə gələrsə, İtaliyada da AB əleyhdarı bir partiya qalib olsa, bu, Avropa və Avro bölgəsinin sonu ola bilər".

"Eurasia"nın 2017 üçün nəzərdə tutduğu digər risklər isə belədir:

1- "Müsbət gedişatda" olan Çin xaric, aralarında Türkiyə, İtaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Birləşmiş Krallığın da olduğu 14 ölkədə iqtisadi islahatların çatışmazlığı,

2- Siyasətçilərin iqtisadi çətinliklərdə başda Amerika Mərkəzi Bankı (Fed) olmaqla mərkəzi bankları ittiham etmələri. “Eurasia Group” bu tip "ittihamların" 2017-də qlobal bazarlar üçün risk yaradacağını deyir,

3- Şimali Koreyanın 20 nüvə silah yaratdığı nüvə proqramının ABŞ üçün təhlükə yaratması.

4- Türkiyədə dövlət nəzarətinin artması, faizlərin aşağı saxlanılması üçün təzyiqin güclənməsi və iqtisadi artımda yavaşlamanı dayandırmaq üçün maliyyə təşviqlərə olan asılılığın artması.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26