Interposta.Info

Qüdrət Həsənquliyevin çıxışı

Siyasət
 5-01-2017, 13:01     1 348

Qüdrət Həsənquliyevin çıxışı

Əgər Azərbaycan bu qədər güclüdürsə..."

Təbrizdən millət vəkili seçilmiş Məhəmməd İsmayıl Səidi Azərbaycan Respublikası deputatlarının İranla əlaqədar açıqlamalarına münasibət bildirib.

Strateq.az "Fars" agentliyinə istinadla xəbər verir ki, Səidi, "İran bizim İsrail ilə münasibətlərimizi bir daha təpki göstərərsə, bu ölkənin azəri türkcəsində danışan 5 vilayətindəki vəziyyəti qarışdırar" sözlərini kobudluq adlandırıb.

Onun sözlərinə görə, azəri türkcəsində danışan iranlılar tarix boyu İranda milli vəhdəti müdafiə ediblər.

Məhəmməd İsmayıl Saidi İsrail ilə ittifaq quraraq gücünü gücləndirməyə çalışan ölkələrin bölgədə əsl ixtilafların başlıca qaynağının İsrail olduğunu bilmələrinin lazım olduğunu vurğulayıb.

Saidi, həmçinin deyib: "Əgər Azərbaycan Respublikası bu qədər güclüdürsə, əvvəlcə Qarabağ problemini həll etsin".

Xatırladaq ki, Təbrizli deputatın narazılığına səbəb olan ifadəni Azərbaycan parlamentində deputat Qüdrət Həsənquliyev səsləndirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26