Interposta.Info

Saatlıda qurunt suları təhlükəsi: Mircəlal kəndində evlər çökmə riski ilə üz-üzə + VİDEO

Paradoks / Manşet
 29-04-2026, 23:42     413

Kəntdə evlər təhlükədədir

Saatlı rayon Mircəlal kənd sakinləri media qurupumuza bildirib ki, icra numayəndəsinin qardaşı Kallektirlər qurund suların axması üçün boruların quraşdırılmasına icazə vermir.

Elə bu səbəbdəndə Mircəlal kənd sakinləri şikayət edirlər. Bildirirlər ki, yığılan yağış və qurund suları səbəblindən evlərində çökmə, erroziya baş verib. Əgər kallektirlər təmizlənməsə, ərazidə məlum yerlərdə borular yerləşdirməsə kəntdəki evlərdə ciddi fəsadlar baş verəcək.

Vətəndaşlara səsləndirdiyi fikirlərə görə, qarşı tərəfin münasibətini öyrənmək üçün kənd sakinləri icra numayəndəsi kimi təqdim etdikləri Zülfəli Ağayevlə əlaqə saxladıq.

Ağayev Zülfəli bildirdi ki o, icra numayəndəliyində baş məsləhətçi işləyir. Qurunt sularının axması üçün qeyd edilən ərazilər tək onun qardaşının şəxsi əmlakı deyil, eyni zamanda kəndin digər sakinlərinin şəxsi əmlakı ərazisinə də, düşür. Boruların həmən ərazilərdə quraşdırılması bir neçə kənd sakinləri tərəfindən icazə verilməlidir ki, onların həyətyani ərazisində quraşdırılsın.

Ağayev onuda bildirdi ki, qeyd edilən problemdən icra numayuəndəliyinin və kənd bələdiyyəsinin məlumatı var. Amma kallektirlərə çıxışı təmin etmək üçün kənd sakinləri bir-birləri ilə razılaşmalıdır, çünkü şəxslərin əmlakdır. Bu problemi icra numayəndəliyi və bələdiyyə o halda həll edə bilər ki, qeyd edilən ərazi dövlət əmlakı olsun.

Sonda Goldmedia.az şikayətçi Mircəlal kənd sakinlərini təqdim edirik, inanırık ki, Saatlı icra hakimiyyəti aydiyatı qurumlara lazimi tapşırıqlar verəcək ki, kallektrların təmizlənməsi üçün tədbirlər görülsün.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26