Interposta.Info

Əlillik statusu ala bilməyən vətəndaşın dərman problemi: bu çıxılmaz vəziyyətə kim cavabdehdir? - VİDEO

Paradoks / Manşet
 11-04-2026, 21:24     380

Əlillik statusu ala bilməyən vətəndaşın dərman problemi: çıxılmaz vəziyyət

Goldmedia.az xəbər verir ki, Sabirabad rayonunda yaşayan bir vətəndaş ciddi sosial və tibbi çətinliklərlə üz-üzə qaldığını bildirir. Rayonun Şəhid Anar Məmmədov küçəsində yaşayan Fəxrəddin Həzi Seyfəddin oğlunun sözlərinə görə, həyat yoldaşı iki ildir ki, əlillik statusu ala bilmir və bu səbəbdən zəruri dərmanlarla təmin olunmaqda çətinlik çəkir.

Onun iddiasına əsasən, ailə hər ay təxminən 600 manat dəyərində şəkər xəstəliyi ilə bağlı dərmanlara ehtiyac duyur. Lakin maddi imkanların məhdudluğu bu dərmanların mütəmadi alınmasına imkan vermir. Vətəndaş qeyd edir ki, bu məsələ ilə bağlı bir çox dövlət qurumlarına müraciət etsələr də, hələ də konkret nəticə əldə olunmayıb.

Fəxrəddin Həzi bildirir ki, Sabirabad Rayon İcra Hakimiyyəti və yerli polis şöbəsi tərəfindən müəyyən yardımlar göstərilsə də, bu dəstək müvəqqəti xarakter daşıyır və davamlı dərman təminatını əhatə etmir. O, xüsusilə TƏBİB-in yeni rəhbərliyindən dəstək gözlədiklərini vurğulayır və vəziyyətlərinin olduqca ağır olduğunu qeyd edir.

Müraciətlərinə cavab ala bilmədiklərini deyən vətəndaş son ümid kimi ölkə başçısı İlham Əliyev-ə üz tutub. O, həyat yoldaşının pensiya və dərman probleminin həllində köməklik göstərilməsini xahiş edir.

Məsələ bir daha göstərir ki, bəzi hallarda sosial müdafiə və səhiyyə sistemində mövcud problemlər vətəndaşların gündəlik həyatına ciddi təsir edir və bu kimi halların operativ şəkildə araşdırılması vacibdir.

Goldmedia.az media qurupumuzun hazırladığı sujeti təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26