Interposta.Info

Goranboy rayon "Azərishiq"ASC-ti istismar müddəti bitmiş sayğacı niyə dəyişmir?  - VİDEO

Paradoks
 12-09-2025, 23:26     45 712

İşıq nurdu, gecəni gündüz edəndir
Pulun var gecəni gündüz et, pulun yoxdur gecə elə sizin üçün gecədir.

Belə olmasaydı Goranboy rayon "Azerishiq" ASC Təhlə kənd sakini Əliyev Emin Tahir oğluna işığı baha qiymətə satmazdır.
Bunu iddiya edən şikayətçi Əliyev onuda vurğulayır ki, istismar müdəti bitmiş işıq sayğacı dəyişdirilməlidir, elə bu səbəbdəndə digər abunəçilərə nisbətən işığın sərfiyatı ona daha baha başa gəlir.
O, sayğacın dəyişdirilməsi üçün rayonun "Azerishiq" ASC-də olub və ərizə ilə müraciət edib. Amma müraciətinə əhəmiyyət verilmədiyini bildirir.

Qeyd etdiklərimiz fikirləri səsləndirən Əliyev Emini təqdim edirik:



GoldMedia.Az qarşı tərəfi dinləməyə hazırdı.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26