Interposta.Info

Siyəzənin yollarını 550 minə təmir edən şirkət kimindir?

Paradoks
 18-08-2025, 16:36     29 046

Siyəzən şəhərində daxili yolların əsaslı təmiri ilə bağlı rayon İcra Hakimiyyətinin keçirdiyi tender yekunlaşıb.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "İS.M.M.” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 550 002,1 manatdır.

"İS.M.M.” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manatdır. Şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Açıq mənbələrdə "İS.M.M.” MMC haqqında hər hansı məlumata rast gəlinmir. Nadir Xudiyevə gəlincə, o, həm də "RASH.M.M. Trade and Services-2020” şirkətinin qanuni təmsilçisidir. Bu şirkət 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır.

İstər "İS.M.M” MMC, istərsə də "RASH.M.M. Trade and Services-2020” MMC satınalma müsabiqələrində fəal iştirak edir.

"İS.M.M.” MMC bu tender də daxil olmaqla cari ildə 4 satınalma müsabiqəsinin qalibi olub. Digər 3 tenderi aşağıdakı qurumlar keçirib:
- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Birliyi;
- Gədəbəy Rayon İcra Hakimiyyəti;
- Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə Nümayəndəliyi.

Tenderlər təmir işləri bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri toplam olaraq 1 051 315,28 manatdır.

"İS.M.M.” MMC və "RASH.M.M. Trade and Services-2020” MMC haqqında mediada dərc edilən materiallardan aydın olur ki, hər iki şirkət adətən şübhəli tender əməliyyatlarında iştirak edir.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26