Vahid Ələkbərovun sərvəti 26 milyard dollara çatır

Azərbaycan əsilli iş adamı, Rusiyanın enerji şirkəti "Lukoyl"un təsisçisi Vahid Ələkbərovun sərvəti bu ilin əvvəlindən bəri 561 milyon dollar artaraq 25,9 milyard dollar olub.
"İnterPosta"nın məlumatına görə, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.
Bu ilin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının sərvəti 22,547 milyard dollar artıb.
Eyni dövrdə "Norilsk Nikel" şirkətinin prezidenti Vladimir Potanin sərvətini 3,82 milyard dollar artıraraq 31,7 milyard dollara çatdırıb.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"n səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,79 milyard dollar artıb.//İqtisadiyyat.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26