Interposta.Info

"Bakı Gəmiqayırma Zavodu" üç ildə 220 mln. manatdan çox zərər edib

Paradoks
 29-05-2024, 09:57     22 461

Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) idarəetməsində olan daha bir şirkət ardıcıl olaraq 3 ildir zərər edir.

İqtisadiyyat.az xəbər verir ki, söhbət "Bakı Gəmiqayırma Zavodu” MMC-dən gedir.

Zavod 2022-ci ili 13 milyon 353 min manat xalis zərərlə bitirib. Bu isə 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın azdır. MMC 2021-ci ili 62 milyon 949 min manat xalis zərərlə bitirib. "Bakı Gəmiqayırma Zavodu” ən böyük zərəri isə 2020-ci il üzrə açıqlayıb. Zavod həmin ili 144 milyon 129 min manat xalis zərərlə yekunlaşdırmışdı.

Qeyd edək ki, "Bakı Gəmiqayırma Zavodu” Azərbaycan İnvestisiya Şirkətinin asılı və törəmə müəssisələrindən biridir. AİŞ-nin Zavodda iştirak payı 2021-ci il üzrə açıqlanan göstəricilərə əsasən 8,95% təşkil edir.

Xatırladaq ki, daha əvvəl AİŞ tərəfindən idarə olunan "Azersun İstehsalat və Logistika Mərkəzi”nin də ardıcıl üç ziyan etdiyi və xalis zərərinin 2 mln. manatı ötdüyü açıqlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26