"Bakı Metropoliteni"nin 32 milyonluq tenderini Abid Şərifova bağlı şirkət uddu
"Bakı Metropoliteni” "H.Aslanov” stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyaların bərpası işləri üçün qalib şirkətə 31 milyon 677 min 740 manat 95 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC 2013-cü ilə kimi "Azərkörpü” adı ilə fəaliyyət göstərib. "Azərkörpü” ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.
Qeyd edək ki, açıqlanan məlumatlara görə Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.
Onu da bildirək ki, Azərbaycanda və xarici ölkələrdə Baş nazirin sabiq müavininin ailə üzvlərinə məxsus çoxsaylı şirkətlər fəaliyyət göstərir.
Abid Şərifovun həyat yoldaşı eyni zamanda 27 iyul 2001-ci ildə dövlət qeydiyyatına alınan "Kəpəz-S” Firmasının da 3 ortağından biridir.
Məlumat üçün bildirək ki, Abid Şərifovun nəvəsi Nicat Mahmudov ötən il fevral ayının 14-də İngiltərənin paytaxtında "Durweston Street, London, W1H 1PG” ünvanında "Londoncapsule Limited” adlı şirkət qeydiyyatdan keçirib.
O, eyni zamanda 2017-ci ildə təsis olunan "Abeona Global Limited” şirkətinə də rəhbərlik edir.
Atası 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov, anası isə Abid Şərifovun qızı Təranə Mahmudovadır. T. Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən "Optimed” Tibb Mərkəzinin direktorudur. Abid Şərifovu qızı 2002-ci ildə qeydiyyata alınan "A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "Güvən 2017” MMC-lərin də direktoru olub.//Yeniavaz.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26