Unibank vətəndaşları niyə istismar edir? - VİDEO
Unibank vətəndaşları niyə istismar edir?
Jurnalist Xaliq Rəşidoğlu yazır: Bir neçə gün bundan öncə "Unibank"a yaxınlaşaraq kredit imkanlarımı yoxlatmaq istədim.
Müşdəri qəbul edən bank əməkdaşı bildirdi ki, "Sənin Kartın" adlı kartı (şəkildə gördüyünüz kartı) götürməsəniz sizin kredit imkanlarınızı yoxlaya bilmərik.
Bu kartı bank işçiləri mənə sırıdılar, yenidən nöbə götürüb kartı ləğv etdirdim!
Hörmətli Azərbaycan Respublikasının Mərkəzi Bankı vətəndaşları niyə istismar edirsiniz etdirirsiniz?
İstəmədiyi kartı və yaxutda kartları daşımaq kapitalizmidir, yoxsa quldarizmidir?
Hərkəsə bəllidir ki, Azərbaycan Respublikasında banklarda, xüsusən "Unibank"da kreditin faizi yetərincə yüksəkdir!
Məlumat üçün onuda qeyd edirəm ki, bir neçə il bundan oncə götürdüyüm kredit kartın "Unibank Əcəmi" filyalından almışdım, ləğv etdirmək məqsədi ilə Nərimanov filyalına yaxınlaşdım. Əməkdaşları bildirdi ki, biz kredit kartını ləğv edə bilmərik.- "Unibank Əcəmi" filyalına yaxınlaş. Dedikləri kimi də etdim; yaxınlaşdım və kartı ləğv etdirdim.
Bu kimi hallar müşdərini incitmək deyil?
Sistem olaraq bir şəbəkə üzərindən idarə olunur...
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26