Interposta.Info

Greyder" mağazasında satılan ayaqqabılar keyfiyyətsizdir? - FOTO

Paradoks
 2-08-2023, 11:28     1 019

"Şikayətim GREYDER Sahil filialı ilə bağlıdır".

Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aygün İsmayılova adlı istifadəçi narazılıq edir.

Narazı vətəndaş daha sonra yazır: "11 iyul tarixində bu ayaqqabını endirimlə 159 azn almışam və cəmi 6-7 dəfə geyindikdən sonra, (aldığımdan 12 gün sonra) düz yolda yeridiyim zaman qopdu və məni yarı yolda qoydu(23 iyul). Qeyd edim ki, aldığım gün 2 ayaqqabı seçim arasında qaldıqda, oğlan satıcıdan soruşdum ki tikişlə bərkidilməyən (yapışdırılan) bu ayaqqabı nə dərəcədə dözümlüdür. Mənə Greyder məhsulların keyfiyyətli və dözümlü olduğunu və bu ayaqqabı ilə heç bir problem yaşamayacağımı vurğuladı.

25 iyul tarixində mağazaya yaxınlaşdım və məhsulun brak olduğunu qeyd edərək şikayətimi bildirdim. Mənə yalnız təmir edə biləcəklərini dedilər. Mən də "Bir neçə aya, bir ilə malın qopacağı halda özüm də təmir edərdim də, 12 günə bahalı marka ayaqqabının bu vəziyyətə düşməsi çox gülüncdü, ayaqqabının orijinallığından şübhə edirəm" deyərək dəyişməyi tələb etdim. Administrator ayaqqabını yəqin ki çox pis geyindiyimi və buna görə qopduğunu deyərək tələbimi rədd etdi. Mən də satdıqları məhsullara görə heç bir məsuliyyət daşımadıqlarına görə şikayətimi bildirdim və İstehlakçı Hüquqlarının qorunması ilə məşğul olan qurumla əlaqə saxlayıb şikayət sorğusu açdım. Administrator mənə üzsüz şəkildə "Çeksiz sizin sorğunuza baxılmayacaq" dedi. Məndə isə elektron sübut var, çünki ödənişi 3 aylıq taksitlə ödəmişəm birbank vasitəsi ilə. Mən normalda qaytarmağı planlamadığım, ürəyimcə olan məhsulun çekini saxlamıram, və yaxın tarixdə alınmış məhsulun çekini sistemlə mağaza istəsə özü yenidən əldə edə bilir. Axı necə şəhərin mərkəzində olan tanınmış bir brend mağazası belə məsuliyyətsiz davrana bilir? Kiminsə başına gəlib belə hal?"

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq.../DİA.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26