Interposta.Info

Vasif Talıbovun dövründə şok yeyintilər (VİDEO)

Paradoks
 26-04-2023, 12:20     786


"Cari ilin dörd ayında Naxçıvan Muxtar Respublikasında Ordubad Su Elektrik Stansiyasının tikintisi, Kənd Təsərrüfatı Nazirliyinin dövlət subsidiyalarının verilməsi və hava limanının fəaliyyəti ilə bağlı nəzarət tədbirləri yekunlaşdırılıb".

Bu sözləri "Real TV"yə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Ətraflı
"Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri göstərdi ki, gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var. Kənd Təsərrüfatı Nazirliyində isə fermerlərə verilən subsidiyaların kəmiyyət göstəriciləri artırılması hesabına artıq xərclərə yol verilib", - deyə Hesablama Palatasının sədri əlavə edib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26