Interposta.Info

Gənclər Fondunun işçisi yarım milyonu necə mənimsəyib? - Şübhəli məqamlar

Paradoks
 18-01-2023, 16:34     598

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri kimi təqdim edilən Cəbrail Fərzəliyevin həbsi və hansı təşkilatlarda fəaliyyət göstərməsi ilə bağlı özəl məlumatlar əldə etmişik.

Tribunainfo.az-a verilən informasiyada bildirilir ki, C.Fərzəliyev Gənclər Fondunun işçisi olub. Eyni zamanda, YAP Gənclər Birliyinin aparatında da fəaliyyət göstərib.



Cəbrail Fərzəliyev

Məlumata görə, o, Gənclər Fondunun rəhbəri Fərid Cəfərovun və "Kapital bank”ın şikayəti əsasında həbs edilib. C.Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fərid Cəfərov, Gənclər Fondunun icraçı direktoru

İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq. Xəbərlərə görə, Fərzəliyev bir müddət öncə videomüraciət yaysa da, sonradan həmin kadrlar yığışdırılıb. Ən qısa zamanda sözügedən videomüraciəti yaymağa çalışacağıq.

Qlobal.az xəbər verir ki, Gənclər Fondu bir sıra lotlar üzrə dövlət satınalmaları həyata keçirən qurumlardandır.

Yusif Məmmədəliyev, Gənclər Fondunun Müşahidə Şurasının sədri

Bir neçə il öncə Gənclər Fondunun şübhəli satınalmaları barədə məlumat vermişdik.

Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şurasının sədri Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26