Interposta.Info

Cəlilabadda"Qırmızı kitab"a düşən ağaclar kütləvi doğranılır

Paradoks
 16-01-2023, 11:33     467

5 yanvar 2023-cü il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad üzrə mühafizə mühəndisi Fitat Ağayev meşələrdə kütləvi qırıntılarla bağlı meşə gözətçisinin etdiyi inanılmaz saxtakarlıq faktını ifşa edib.

AzToday.az-a daxil olan məlumatlara görə, Fitat Ağayev Cəlilabad meşəbəyliyinin 9 saylı meşə dolayında Qırmızı kitaba daxil olan agağların kütləvi şəkildə qırılmasının şahidi olub. Ağacların qanunsuz qırıldığını qeydə alan mühafizə mühəndisi kəsilən agacların hamısının damğalandığını görüb. Sözügedən damğaların başqa meşə dolayının meşə gözətçisi Elman Əliyevə məxsus olduğu məlum olub. Hər bir qanunsuz kəsilmiş agacların dib kötükləri üzərində bir yox, bir neçə damğanın vurulduğunu görən Fitat Ağayev edilən qanunsuzluqla bağlı Əlisahib adlı meşə gözətçisi ilə söjhbət aparmışdır.

Əlisahib açıq şəkildə etiraf edərək deyib ki, Elman Əliyevdən 100 manat müqabilində xidməti damğasını götürüb. Və iki gün müddətində qanunsuz kəsilmiş minə yaxın ağacları damğalamışdır. Kütləvi agac qırıntıları ilə bağlı akt tərtib edən Fitat Ağayev Regional Meşə Təsərrüfatı Mərkəzinə yazılı şəkildə məlumat təqdim edir.

İşinə məsuliyyətlə yanaşan Fitat Ağayev təşəkkür eşitmək əvəzinə Regional Mərkəzin rəhbərliyi tərəfindən danlanıldığı da yayılan məlumatlar sırasındadır. Buna baxmayaraq, Mərkəzin direktoru Nəsimi Nəsibov dolaya baxış keçirmək barədə göstəriş vermək məcburiyyətində qalır. Baxış zamanı Fitat Ağayevin dedikləri öz təsdiqini tapır. Amma 9 saylı dolayın gözətçisi Regional Mərkəzin əməkdaşlarına başqa meşə dolaylarında eyni vəziyyətin olması ilə bağlı məlumatlarla şantaj edir. Onun dolayında kütləvi ağac qırıntılarının üstü açılacağı halda başqa dolaylardakı vəziyyəti ifşa edəcəyini deyir.

Məlumatlara görə, Cəlilabad meşəbəyliyinin 1 və 4 saylı meşə dolaylarında, Göytəpə meşəbəyliyinin 10, 12, 13 və 13a sayli meşə dolaylarında kütləvi ağac qırıntıları faktları var. Eyni vəziyyətin Masallı və Yardımlının meşə dolaylarında hökm sürdüyü deyilir.

Dəhşətlisi odur ki, Cəlilabad meşəbəyliyinin 9 saylı dolayında qeydə alınmış kütləvi qırıntılar və agacların saxta damğalanması prosesi ört-basdır edilib. Bunun üçün meçə gözətçisi 3 min manatından keçir…

AzToday.az-ı məlumatlandıran ekologiya işçiləri bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi baş verən kütləvi ağac qırıntıları ilə bağlı tədbir görməsə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində edilən bütün saxtakarlıq faktlarını özləri ifşa etmək məcburiyyətində qalacaqlar…/https://aztoday.az/news/208070.html

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26