Interposta.Info

Korpus komandiri ordunun materialları ilə özünə ferma tikib? – Video

Paradoks
 15-01-2023, 04:23     1 232

3-cü Ordu Korpusunun komandiri polkovnik Oruc Abdullayevin tabeliyindəki hərbi hissələrin materiallarından istifadə etməklə özünə ferma tikdirdiyi iddia olunur.
"İnterPosta" Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videoda danışan şəxs bildirib ki, ərazisində olduğu ferma polkovnik Abdullayevindir və orduya məxsus materiallarla tikilib. O bildirib ki, fermanın tikintisində istifadə olunan bütün taxtalar, metal borular və digər avadanlıqlar hərbi hissələrdən gətirilib.

Fermanı lentə alan şəxs ərazidə Müdafiə Nazirliyinə məxsus qida məhsullarının – yağ, pendir, cem, ət, balıq konservlərinin qutularını da nümayiş etdirib və iddia edib ki, bu qidalardan fermadakı çobanlar istifadə ediblər.

O qeyd edib ki, görüntüləri Müdafiə Nazirliyinə təqdim edəcək:



“Dövlətə məxsus olan nə varsa, Oruc Abdullayev hamısını talayır”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26