Interposta.Info

"Veysəloğlu” MMC-də YOXLAMA – 4 nəfər saxlanıldı

Paradoks
 27-08-2022, 10:51     1 374


Veysəloğlu Şirkətlər Qrupunun bir neçə əməkdaşına qarşı cinayət işi açılıb.

Barəsində cinayət işi açılan şəxslərdən biri Gündüz İsmayıl oğlu İbrahımovdur. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənmisəmə və ya israf etmə) maddəsi ilə cinayət işi açılıb.

Gündüz İsmayılovun barəsində olan cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Nərman mehdiyevin sədrliyi ilə araşdırılır.

Bundan başqa, şirkətin daha bir əməkdaşı – Orxan Rasim oğlu Qədirlinin də barəsində mənimsəmə və ya israf etmə ittihamı üzrə cinayət işi açılıb və iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Bu cinayət işinə məhkəmənin hakimi Rauf Əhmədovun icraatında araşdırma aparılır.

Veysəloğlu Şirkətlər Qrupunun daha bir əməkdaşı Fariz Əlizaman oğlu Hüseynovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə iş qaldırılıb.

Fariz Hüseynovun barəsində olan cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Bu cinayət işi də araşdırılması üçün hakim Rauf Əhmədovun icraatına verilib.

Şirkətin əməkdaşı Elmir Elman oğlu Ağacanovun da barəsində olan eyni ittiham üzrə cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Rauf Əhmədovun icraatına verilib.

Ayrı-ayrılıqda olan cinayət işlərin üzrə zərərçəkmiş şəxs qismində Veysəloğlu Şirkətlər Qrupu tanınıb. (Demokrat.az)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26