Interposta.Info

Nizami Qocayev bütün Bakıdan haqq yığır, dövlət qurumları isə göz yumur - NİYƏ? (VİDEO REPORTAJ)

Paradoks
 30-07-2022, 12:33     2 022

Uzun müddətdir ki Bakıda qanunsuz parkinq fəaliyyəti həyata keçirənlərdən dönə-dönə yazılır, danışılır, amma nədənsə problem həll olunmur.

Sanki orta əsrlərin yol kəsən, karvan basan quldurları birdən-birə XXI əsrin Bakısında peyda olub, şəhərin bütün ərazisini zəbt edib özlərinə dövlət içində dövlət qurublar. Onlar kefləri istəyən əraziyə "çökərək" gələn-gedən avtomobildən haqq yığır, özlərini "lotu" kimi aparır, kimsədən də çəkinmirlər. Çünki nə sirdirsə onlara kimsə də yaxın durmur. Ara-sıra baş verən insidentlər zamanı isə bu "lotu"ların nəinki himayə olunduğu, həm də qanunsuz mütəşəkkil dəstələr saxladıqları məlum olur.

Qanunsuz parklanmaların həyata keçirildiyi yerlərdən biri də Yasamal Rayonu İsmayılbəy Qutqaşınlı küçəsi, 507-511 ünvanıdır.

Ərazidə yaşayış binaları, böyük market və ofislər var. İnsanlar öz iş yerlərinə, evlərinə gəlib avtomobili saxlayan kimi, bu "lotu"lar dərhal peyda olur, reketlik edib, haqq yığırlar.

Bu haqda hazırladığımız video-materialda ətraflı məlumatlar, faktlar var.

Videoda "reketlik" edən şəxs guya qazi və əlilləri təmsil etdiyini söyləsə də, araşdırmalarımız əsl həqiqəti ortaya çıxarıb. Məlum olub ki, buradakı şəxslər də Bakının yüzlərlə yerində olduğu kimi, "Çinar Avtoparkinq" MMC-nin işçiləridir. Bu şirkətin sahibi isə keçmiş polis rəisi Nizami Qocayevdir. O, mətbuata açıqlamasında faktı təsdiqləyib və Bakının 150-dən artıq yerində oxşar fəaliyyəti həyata keçirdiklərini bildirib: "Qanun çərçivəsində fəaliyyət göstəririk. Dövlətin vergisini, DSMF ödənişlərini vaxtlı-vaxtında veririk”.

Amma məsələ orasındadır ki, Qocayev hansı qanuna istinad etdiyini demir. Dövlət qurumları bu fəaliyyyətin qanunsuz olduğunu deyirsə, Nazirlər Kabineti heç bir tarif təsdiqləməyibsə, hansısa özəl qurum necə, hansı hüquqla avtomobillərdən haqq yığır? Hazırda "Çinar Avtoparkinq" MMC-nin dövlətə 14 min manat vergi borcu olduğunu da mövzuya əlavə etsək, mənzərə tam aydın olar./qaynarinfo.az

Daha ətraflı İnterPosta.info təqdim etdiyi video materialda:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26