Interposta.Info

Qarabağ qazisi iki azyaşlı körpəsi ilə bu daxmada yaşayır - Qurumlar nə açıqlama verəcək? + VİDEO

Paradoks
 26-07-2022, 19:22     1 249

Əgər buna ev demək mümkündürsə, bu evin sahibi 2-ci Qarabağ müharibəsinin qazisi Məlik Nəhmət oğlu Məlikovdur.

Məlik Məlikov döyüşlərdəki şücaətlərinə görə Prezident İlham Əliyev tərəfindən 3 medalla təltif edilib.
Bu o deməkdir ki, qazimiz iki körpə balası ilə daha yaxşı şəraitdə yaşamağı öz qanıyla qazanıb.

Amma buna baxmayaraq Astara rayon Səlivə kənd sakin Məlik Nəhmət oğlu Məlikov ailəsi ilə burada yaşayır.

Hörmətli qurumlar bəlkə onun bu uçuq daxmada yaşamaqdan xoşu gəlir?

Görək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Astara rayon icra hakimiyyəti bu kadırlardan sonra nə açıqlama verəcək?

İnterPosta.info



Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26