Interposta.Info

Erməni heykəltaraşın ETİRAFI: "Şuşada mərmər pilləkənlər azərbaycanlıların məzar daşlarıdır" VİDEO

Paradoks
 3-06-2022, 14:55     1 232

“Ermənilər Naxçıvanda iki azərbaycanlını qətlə yetirdilər, amma bu qətli unutdular. Müharibənin başladığı yer buradır. Məni təəccübləndirən siyasi məqamlar var. Zori Balayanın başçılıq etdiyi nümayəndə heyəti ruslarla danışıqlar aparmaq üçün İrəvana getdi və onlara dedi: “Qarabağda bizə kömək edin, biz də çeçenlərə və ya başqa müsəlmanlara qarşı müharibədə sizə kömək edək”. Təbii ki, ermənilərin özləri Azərbaycanı məğlub edə bilməzdilər. Silah və təyyarələri Rusiya göndərirdi”.

Bu barədə hazırda ABŞ-da yaşayan erməni heykəltaraş Onik Kardaş TRT Haber telekanalına müsahibəsində danışıb.

Kardaşın sözlərinə görə, birinci Qarabağ müharibəsi zamanı ermənilər işğal altında olan Şuşada vəhşiliklər törədiblər.

“Sürücüm Şuşa şəhərindən idi, bir dəfə mənə demişdi ki, 80 azərbaycanlının başını daşa vuraraq öldürüb. Sonra soruşdum: bunu necə etdin? Sürücü cavab verdi ki, yalnız birinci dəfə çətindir, çünki insan dərhal ölmür. Ancaq bunu bacardıqdan sonra, bir zərbə ilə onu öldürə bilərsiniz. Masada oturub kabab yediyimizi xatırlayıram. Bir oğlan atasından xahiş etdi ki, azərbaycanlıların başını necə kəsdiyini danışsın. Süfrədə əyləşənlər eyni vaxtda yemək yeyir, dinləyirdilər. Bu millət belə hekayələr üzərində böyüyür”, – Kardaş xatirələrini bölüşür.

Erməni heykəltaraş ermənilərin ölən azərbaycanlıların cəsədlərini ələ saldıqlarını da qeyd edib:

“Qəbirlərdə deşiklər açıb, kəlləni çıxarıb, qızıl dişləri çıxarıblar. Kəllənin özü atılıb. Qəbiristanlıqdan keçəndə qəbirlərdən qazılmış kəllələrin necə ayaqlarınızın altında qaldığını görürsən. Şuşanın mərmərdən olan pilləkənləri var. Azərbaycanlılar bu plitələri qaldırsalar, görərlər ki, bu, qohumlarının məzar daşlarıdır. Mən orada idim və hər şeyi öz gözlərimlə gördüm”, – Kardaş bildirib./KONKRET.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26