Interposta.Info

Bu qədər ağ yalan danışmaqdan ötrü mütləqdir ki, deputat, icra başçısı...

Paradoks
 11-04-2022, 11:53     1 427

Azərbaycanda bu qədər ağ yalan danışmaqdan ötrü mütləqdir ki, deputat, icra başçısı , ən azından başçının müavini olmalısan.

Lerik rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinin saytda dərc olunan ötən yazıma yazdığı cavabı əsas tutaraq, Lerik rayonunda mövcud 2200 km yoldan cəmi 88 km yol çox bərbad şəkildə asvaltlanmışdır. Hesabatda 88 km yol 121 km kimi göstərilib. Bu da Lerikdə mövcud olan 2200 km ümümi yolun cəmi 4 % dir. Rayonun qalan 96 % i qədim dünya tarixini hələ də yaşamaqdadır, bu təkcə yol deyil bütün sahələrdə infrastruktur analoji haldadır.

Çəkilən 88km-lik yola xərclənən ümümi vəsaiti nə qədər geninə-boluna hesablansa əminəm ki, 5 milyon manatı keçməyəcək. Məsələn Piran- Hamarat- Vıjaker yolu cəmi 18 km-dir, 11 milyon manat vəsait ayrılmışdır, amma yolda heç bir su xətti, su ötürücü kanallar mövcud deyil, yolun ümümi eni 4m , bəzi yerlərdə daha azdır. Heç 3 il deyil ki, təmir olunmasına baxmayaraq yolun əksər hissəsi çökmüş, bərbad vəziyyətdədir.

Noda- Şigədulan- Xanəgah yolu 36 km qeyd olunmasına baxmayaraq cəmi 29 km-dir, yolun bərpası üçün 26 milyon manat dövlət büdcəsindən vəsait ayrılmışdır. 29 km- in təxminən yarısında ümümiyyətlə asvalt örtüyü yox səviyyəsindədir, qalan hissəsi də Piran-Hamarat-Vıjaker yolundan daha bərbad vəziyyətdədir.

Lerik- Şinəband- Orand- Zardəbərə yolu həmçinin 14 km olmasına baxmayaraq 22 km kimi qeyd olunmuşdur, su xətləri və su ötürücüləri yox səviyyəsindədir, heç bir standarta uyğun deyil, yol nəzərdə tutulduğundan dar və keyfiyyətsizdir.
Qeyd etmək istəyirəm ki, bu yolun çəkilişi zamanı Lerik rayon icra hakimini əvəz edən Cəlil Baxşıyevin "halal zəhməti " ilə tikdirdiyi şəxsi abyekti " 9 qardaş" restoranına gedən yolun asvaltlanması Lerik-Orand- Şinəband- Zardəbərə yolunun asvaltlanması üçün nəzərdə tutulan vəsait və asvalt örtüyü oğurlanaraq həyata keçirilmişdir.
Kəndarası yollar isə 10 km qeyd olunmasına baxmayaraq, Mondigah, Cəngəmiran, Xəlfəkujə, Osnəğəkujə kəndlərinin ara yolları olmaqla cəmi 5 km yol asvaltlanmışdır.
Lerik Rayon İcra Hakimiyyəti qeyd edir ki, öz daxili imkanları hesabına güya kəndarası çınqıl və torpaq yollara mütamadi olaraq texnika salıb yolların abadlaşmasına köməklik göstərmişdir. Tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, Lerik Rayon İcra Hakimiyyəti heç zaman kəndarası torpaq və çınqıllı yollara öz daxili imkanları hesabına texnika salıb insanlara yardım etməyə cəhd etməmişdir. Kasıb və çarəsiz kənd camaat həmişə öz imkanları daxilində abadlıq işlərinə çalışmışlar, bəzən uzun xahiş və tələbkarlıqdan sonra kəndlərə dövlətə aid olan texnika göndərilsə də, kənd camaatından əvvəlcədən yanacaq pulu və sürücünün əmək haqqı tələb olunaraq mütləq alınmışdır.

Lerikdə mövcud çox önəmli, və problemli yollardan biri haqqında xüsusi qeyd etmək istəyirəm. Lerik- Lənkəran yolunun 40 - cı kilometrliyindən Əliabad kəndinə qədər olan 9 km-lik rayon əhalisinin yarısından çoxu üçün lazım olan yol, qeyd etdiyim 9 km- lik yol , Bırkandul ( əhali sayı 1107), Vistən ( 1248), Rəzəvul (209), Nüvədi (384), Soru (1338), Əliabad (506), Camoşayır ( 501) və s.kəndlərin ümümi əhalisi 6 mindən çox olan ərazinin birbaşa yoludur, eyni zamanda təqribən 40-45 min əhalinin yolunu əhəmiyyətli dərəcədə qısaldır, Yardımlı, Masallı və Bakıya gedən ən qısa və alternativ yoldur. Yol hal-hazırda bərbad vəziyyətdədir ,9 km -lik məsafəni yayda 1.5 , qışda 3 saata qət etmək mümkündür, amma asvaltlanması böyük xərc tələb etmir, 70-80 cı illərdə bu yol tam asvalt olub.sovet hakimiyyəti bu yolu genişləndirmiş və bütün çav , və dərələrin üzərində su ötürücülərini və körpüləri çox keyfiyyətli şəkildə inşa etmişdir. Dəfələrlə özüm mütəxəssislərə bu yolu göstərmişəm, hesab edirəm ki, 1 milyon manat bu yolun tam asvaltlanmasına kifayət edər. Əgər təmir olunsa, insanlar da 9 km məsafəni 3 saata deyil cəmi 10 dəqiqəyə qət etmiş olarlar. Yəqin ki, İcra başçısı və Deputatımızın niyyəti odur ki, vərdişlərinə sadiq qalaraq 9 km-lik yolu 19 km kimi sənədləşdirib, büdcədə 19 milyon manatı alıb aralarında bölüb mənimsəsinlər. Yoxsa illərdir 1 milyon manat vəsaitə həll oluna biləcək kiçik, amma çox əhəmiyyətli məsələ nəyə görə həllini tapmasın ki?!

Son olaraq qeyd etmək istəyirəm ki, Lerik rayonunda baş verən korrupsiya halları haqqında yazası olsam, 10 cild kitab kifayət etməz. Növbəti yazılarda digər önəmli məsələlər haqqında ictimaiyyətə mümkün məlumatları verməyə çalışacağıq.

Qarşı tərəfidə dinləməyə hazırıq.

Mais Hüseyn

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26