Interposta.Info

Hərbi rütbəli şəxs hərbi xidmətdə olan əsgəri döydü - VİDEO

Paradoks
 6-04-2022, 00:29     1 157

Hərbi rütbəli şəxs hərbi xidmətdə olan əsgəri döyüb.

Azərbaycan Respubilkası Daxil İşlər Nazirliyi Daxil qoşunların N saylı hərbi hissəsində əsgərlərin döyülməsi və işgəncə edilməsi ilə bağlı video görüntülər yayılıb.

İnterPosta.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir ki, əsgərləri döyən baş leytenant Loğman Bayramlı isimli şəxsdir.

Bununla bağlı Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda hərbçinin əsgəri döyməsinin əks olunduğu video ilə bağlı açıqlama verib.

Daxili Qoşunların hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı dünən yayılmış videogörüntülər ötən il qeydə alınıb.

Bunu APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qurum rəsmisi bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarında xidmətdən xaric edilib:

“Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”, - deyə E.Zahidov qeyd edib.

İnterPosta.info sözü gedən kadırları təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26