Interposta.Info

Sabiq nazirin şirkəti çətin vəziyyətdə - Vergi borcu üzə çıxdı

Paradoks
 1-02-2022, 19:55     678

Azərbaycanın ən iri biznes subyektlərindən olan "Synergy Group” MMC çöküş ərəfəsindədir.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, kemiş Vergilər naziri Fazil Məmmədova məxsus şirkət daha əvvəlki kimi faəliyyət göstərmək iqtidarında deyil.

Bildirilir ki, Fazil Məmmədovun nazir kürsüsünü itirməsindən sonra MMC ümumiyyətlə fəaliyyət göstərməyib. Bir müddət sonra keçmiş nazir "Synergy Group”un başına keçib və bununla da şirkət faəliyyətini bərpa edib. Lakin Fazil Məmmədov uğur qazana bilməyib. Əksinə, şirkətin xeyli miqdarda borcu yaranıb. Şirkət məhkəmə çəkişmələrinə cəlb edilib.

Araşdırmalarımız zamanı bəlli olub ki, hazırda "Synergt Group” MMC-nin 37 450.99 AZN vergi borcu var. Dövlət Vergi Xidmətinin MMC-ni məhkəməyə verdiyi bildirilir.

"Synergy Group” MMC-yə aşağıdakı şirkətlər daxildir:

1. "Synergy Group” MMC - baş müәssisә;

2. "AAC” MMC - inşaat materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 39%;

3. "Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Renaissance Construction Azәrbaycan” MMC - inşaat, birgә müәssisә, iştirak payı 50%;

4. "Azagro” MMC - kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;

5. "B.N.M.” MMC - turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

6. "Cybernet” MMC - informasiya texnologiyaları, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

7. "Azorchid Hotels” MMC - turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 70%;

8. "Caspian Coast Winery and Vineyards” MMC - şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC - şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;

9. "Khazar-Turizm” MMC - turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

10. "Bestpack” MMC - poliqrafiya vә qablaşdırma, törәmә müәssisә, iştirak payı 100%;

11. "Caspian Agro” MMC - kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Azagroexport” MMC - kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;

12. "Exclusive Dining” MMC - restoran, törәmә müәssisә, iştirak payı 100%;

13. "Shamkir City Hotels and SPA” MMC - turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

14. "Azәrbaycan Universiteti” - tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Unicamp” MMC - tәhsil, törәmә müәssisә, iştirak payı 100%;

15. "Ecolime” MMC - tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;

16. "Synergy Foundation” - qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;

17. "Synergy Development” MMC - daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;

18. "Synac” LLC - tәhsil, törәmә müәssisә, iştirak payı 100%;

19. "Synergy Sport” MMC - qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;

20. "Synergy Technics” MMC - investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Zәyәmkәndmaş” ASC - metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;

21. "Azerbaijan Global Investments” ASC - investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;

22. "Azerbaijan Fibro Cement” MMC - tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;

23. "Synergy Jet” MMC - jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;

24. "Synergy Trading” MMC - ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;

25. "Caspian Development Bank” ASC - törәmә müәssisә, iştirak payı 99.91%;

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26