Interposta.Info

Ev almaq üçün bankdan kredit götürən vətəndaşın evini bank əlindən hansı yolla aldı?

Paradoks
 27-09-2021, 21:21     1 493

Ev almaq üçün bankdan kredit götürən vətəndaşın evini elə bank əlindən aldı - XALQ BANK VƏTƏNDAŞI MÜFLİS ETDİ
Qax rayon sakini Təran Məmmədov Salam oğlu müraciət edərək, Xalq Bankdan şikayətini dilə gətirib. Belə ki, vətəndaş 2014-cü ildə ev almaq üçün sözügedən banka müraciət edir. Bank Tərlan Məmmədova evin girovu qarşılığında 19 min manat kredit ayırır. Lakin, 2015-ci ildə devalvasiyada dolların qalxmasından sonra ödəməli olduğu məbləğin həcmi də artmış olur. Bu halda vətəndaş Tərlan Məmmədov pulu ödəmək iqtidarında olmur. Nəticədə, Xalq bank qax sakinin evini hərraca qoyaraq əlindən almış olur:
"2014-cü ildə ev almaq üçün aldığım evin girovu qarşılığında Xalq bankdan 19 min manat kredit götürdüm.Təəssüflər olsun ki, onlar bu pulu dollar ekvivalentində sənədləşdirdilər.Mən evi 32 min manata aldım. Bu məbləğin 13 min manatını aldığım şəxsə ödədim və yerdə qalan 19 min manatını girov müqabilində bank verdi. 2015-ci ildə dollar qalxdıqdan sonra da 1.05 ekvivalenti ilə ödədim. Lakin, ikinci devalvasiyadan sonra mənim maaşım aylıq kreditimin məbləğinin yarısı qədər olduğundan ödəmə qabiliyyətini itirdim. Dəfələrlə güzəşt barədə banka yazılı və şifahi müraciət etsəm də mənə heç bir güzəştə getmədilər. Nəticədə, bank evi əlimdən hərrac yolu ilə aldı. Mən banka 15 min manata yaxın kredit ödədim. Hazırda mənim ödədiyim 13 min manat ilkin ödənişim də batdı, 15 min banka ödədiyim pul da batdı, evi də əlimdən aldılar və başqasına 25 min azn-ə satdılar. Hazırda bank tərəfdən mənə 22 min manat iddia qaldırılıb. Təəssüflər olsun ki, mən yerli məhkəməni uduzdum. Hazırda iş Apellyasiya məhkəməsindədir və bundan da şansımın olmadığını şəxsən özləri söylədilər. Dəfələrlə Prezident Aparatına, Vitse-prezident Mehriban Əliyevaya və Prezident İlham Əliyevə məktub yazmışam. Cavab gəlir ki, araşdırılsın. Bank da şablon şəkildə, guya mənə güzəştə gedib mən razı olmamışam formasında cavabla hər şeyi ört-basdır edirlər. Mənim qalacağım başqa bir evim yoxdur. Yəni, bundan sonra mən 6 nəfər ailə üçün daxma düzəltməliyəm,yoxsa küçədə otura-otura haqsız yerə Xalq bankı varlandırmalıyam?..."
Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26