Interposta.Info

İçərişəhərdə biabırçılıq: Bulağı kimlər qurudub? - FOTO
 

Paradoks
 7-07-2021, 10:20     1 639

İçərişəhərdə fəaliyyət göstərən bulağa gələn su Karvansara restoranı tərəfindən kəsilib.

"İnterPosta"nın xəbərinə görə, Qlobal.az-a bu barədə məlumat verən vətəndaşlar qeyd edir ki, ərazidə hökm sürən acınacaqlı vəziyyət xeyli müddətdir davam edir.

"Əvvəllər bu bulağın çox sərin suyu olurdu. Bulaqdan İçərişəhəri ziyarətə gələn insanlar istifadə edirdilər. Ancaq bir müddətdir ki, bulağın suyu kəsilib. Bulağa gələn suyun Karvansara restoranı tərəfindən kəsilib. Bu haqda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyi xəbərdar olsa da, bu acınacalı durumun qarşısının alınması üçün heç bir addım atmırlar"-deyə, məlumatda qeyd olunur.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan məsələyə münaisbət bildirilmədi.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26