Interposta.Info

Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətləri!..- SƏNƏT

Paradoks
 19-03-2021, 09:07     1 531

AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. Belə demək mümkünsə Əlinin adını Vəliyə, Vəlinin adını Əliyə veriblər.

İnterPosta.info
xəbər verir ki, AZAL prezidenti Cahangir Əsgərovun ailə şirkətləri haqqında məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

Söhbət ilk növbədə 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan GAZELLI ART HOUSE LIMITED-dən gedir. Şirkətin təsisçisi - Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da GAZELLI ART HOUSE LIMITED-in adı MRCR ART LIMITED olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova MRCR ART LIMITED adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə GAZELLI ART HOUSE LIMITED (!) olaraq dəyişdirilib.
Bu sadə hoqqabazlıq deyil. İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa maskirovkamı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar.

İnterPista.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26