Interposta.Info

Ramiz Mehdiyevin "texnologiyası": 1 ilə 4 təyinat...

Paradoks
 5-02-2021, 18:30     1 378

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının (YTP) rəhbərini yenidən dəyişib.

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra YTP-nin Baş direktoru vəzifəsinə 4 dəfə təyinat olub.

AMEA prezidenti əvvəlcə bu vəzifəyə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovu təyin edib. Ona qədər bu vəzifəni Samir Məmmədov daşıyıb. Qısa müddətdən sonra Elton Məmmədovu keçmiş rabitə naziri Əli Abbasov əvəzləyib. O da bu vəzifədə uzun müddət qala bilməyib. Bir neçə aydan sonra Əli Abbasovun yerinə Əməkdar mühəndis Vasif Abbasov təyinat alıb. Bu gün isə Vasif Abbasov texnika elmləri doktoru, professor Əbülfəz Babayevlə əvəzlənib.

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilməmişdən əvvəl də YTP-nin rəhbərliyi vaxtaşırı dəyişib.

Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan parkın ilk rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev olub. 2018-ci ilin avqustunda Vüqar Babayev tutduğu vəzifədən azad edilib.

YTP-nin ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub. Bir ay sonra yenidən dəyişiklik olub və Nazim Şükürov qurumun rəhbrəliyinə gətirlib
.
2019-cu ilin avqustunda Nazim Şükürov da bu vəzifədən gedib. Onun yerinə Samir Məmmədov təyinat alıb./https://hit.az/az/olke/216285/ramiz-memmedovun-texnologiyasi-1-ile-4-teyinat/

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26