Interposta.Info

Qaxın Çüdüllü kəndində meşə soyqırımı – yerli sakinlər deputat Azər Kərimlidən şübhələnir + FOTO

Paradoks
 5-02-2021, 12:18     1 253

Qax rayonu Çüdüllü kəndinin meşələri kütləvi şəkildə qırılmaqadır.

"İnterPosta"nın məlumatına görə, kənd sakinlərinin Qax.org.az saytına verdiyi məlumata görə, artıq 1 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır. Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin yaxın adamları yaxından iştirak edirlər.

Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26