Interposta.Info

Ordumuz post qurdu və ermənilərə 2 gün vaxt verdi

Paradoks
 2-01-2021, 21:52     1 072

Azərbaycan Ordusu Şurnux kəndində özbaşına olaraq zəbt edilən ərazilərimizi bərpa edib və sərhədi müəyyənləşdirib.

Bu barədə Sünikin Şurnux kəndinin rəhbəri Akop Arşakyan qeyd edib.

O bildirib ki, artıq hər şey bitdi, Azərbaycan Ordusu zəbt edilən ərazini tərk etməsi üçün ermənilərə 5 yanvara qədər vaxt verdi:

“Artıq kənddən post da qurulub. 5 yanvara qədər vaxt veriblər. O tarixdən sonra heç kim qalmamalıdır. Bizə ancaq bu uniformanı (kəndin “müdafiəsi üçün” hərbi forma geyinməklərini nəzərdə tutur – red.) çıxartmaq qalır”.

Arşakyanın yaydığı videoda isə əraziyə rus sülhməramlılarının da gəldiyi və erməniləri ərazidən köçürməyə yardım etdiyi görünür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26