Interposta.Info

Ermənistanın müharibə cinayətləri davam edir: 16 yaşlı yeniyetmə həlak oldu

Paradoks
 24-10-2020, 14:29     860


"Ermənistanın xüsusilə uşaqlara, mülki vətəndaşlara qarşı müharibəsi davam edir”.

"İnterPosta" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

"Azərbaycanın Tərtər şəhərinə gələn "Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan xurma yığırdı, çünki indi mövsüm dövrüdür”, - o qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26