Interposta.Info

Əli Həsənov Nəşriyyatın ərazisini zəbt edib — Baş direktordan ŞOK AÇIQLAMA

Paradoks
 1-09-2020, 16:18     1 671

Prezidentin sabiq köməkçisi Əli Həsənov 2006-2007-cı illərdə "Azərbaycan” Nəşriyyatının ərazisini zəbt edərək özünə bina tikdirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hazırda Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina "Azərbaycan” Nəşriyyatın ərazisində yerləşir.

Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovda həmin ərazini istəyib və sözügedən ərazidə bir neçə bina inşa etdirib. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.

Məsələ ilə bağlı "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrəndik.

Baş direktor Demokrat.az-a açıqlamasında Əli Həsənovun "Azərbaycan” Nəşriyyatının ərazisininin bir hissəsini zəbt etməsini təsdiqləyib:

Ağabəy Əsgərov deyib: "Məgər nəşriyyatın binası mənim dədəmin, babamındır ki, kiməsə verim? O vaxtı dövlət tərəfindən elə məsələhət olub və nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Yenə deyirəm ki, onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur".

Ağabəy Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin adamı olması barədə ittihamlara da cavab verib:

"Mən dövlətçiliyə, Ulu öndər Heydər Əliyevə və cənab Prezident İlham Əliyevə xidmət etmişəm. Bu gün də onlara xidmət edirəm".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26