Interposta.Info

Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi - VİDEO

Paradoks
 25-08-2020, 18:04     3 197

Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.

Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmin görüntülərdə yoxdurlar.

Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.

Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.

Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir./ölkə.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26